KANAL24.AZ
Az Iw En Ru

SOCAR prezidenti: "Petkim"in səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb"

"Petkim"in səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib:

"Bilirsiniz ki, son iki ildə "Petkim"in səhmləri 1,8 Türkiyə lirəsindən 4,35 Türkiyə lirəsinə qalxıb. Ona görə də biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu normal prosesdir. Biz səhmləri 2 Türkiyə lirəsindən almışdıq indi 4,35 türkiyə lirəsinə satırıq". 

O vurğulayıb ki, SOCAR "Petkim"in özünə məxsus olan 51% səhmini satmır: "Biz 10% səhm dövlətdən, bir qismini də bazardan almışdıq. Onları satırıq".

 

22:23 22.07.2015
Xəbər lenti
Bütün xəbərlər