KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Bankdan kreditlərlə bağlı qərar

Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları ilə yanaşı, xeyli sayda kredit ittifaqı da fəaliyyət göstərir.Bu ittifaqlardan kredit götürənlərin sayı artdıqca vaxtı keçmiş problemli kreditlərin də həcmi çoxalır.Bu prosesin qarşısını almaq üçün Mərkəzi Bank yeni qaydalar müəyyənləşdirib.
 
Azərbaycanda 109 kredit ittifaqı var. Banklara nisbətən yüngül şərtlərlə kredit təklif edən bu ittifaqlara müraciət edənlərin sayı sürətlə artır.
 
Kredit ittifaqlarının fəaliyyəti genişləndikcə bu sahədə problemli kreditlərin də həcmi çoxalır. Bunun qarşısını almaq üçün Mərkəzi Bank bir sıra yeni qaydalar müəyyənləşdirib. Bundan sonra kredit ittifaqının kapitalı 4 min manat məbləğindən az olmamalıdır. Əsas dəyişiklik isə kredit ittifaqlarında xüsusi ehtiyat fondunun yaradılması ilə bağlıdır. Belə ki, əgər hər hansı kreditin ödənişi 1 aydan artıq gecikirsə, ittifaq o məbləğin müəyyən hissəsi qədər fondda vəsait saxlamalıdır.
 
Əgər kredit 6 aydan uzun müddətə ittifaqa qaytarılmırsa, bu zaman məbləğin 100 faizi həcmində fondda vəsait saxlanılmalıdır. Deməli, borc ödənməyənədək külli miqdarda vəsait kredit ittifaqında istifadəsiz qalacaq. (xəzərxəbər)
 

06:40 21.07.2015
Xəbər lenti
Bütün xəbərlər