KANAL24.AZ
Az Iw En Ru

Bakıda daha bir VƏHŞİLİK: Avtobus sürücüsünü qana boyadılar - VİDEO-YENİLƏNDİ

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, 135 saylı marşrut xəttində sürücü Qüdrət Kərimovu döyən şəxslə bağlı artıq tədbir görülüb.

*****

Bakıda daha bir avtobus sürücüsü vəhşicəsinə döyülüb.

Dünən saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər paytaxtda avtobus sürücüləri ilə sərnişinlər arasında tez-tez belə hadisələr baş verir.


18:16 19.09.2017
Xəbər lenti
Bütün xəbərlər