KANAL24.AZ
Az Iw En Ru

"Zərif qəhrəman"-Səadət xanım Şükürova

Qadın zəif yox, zərif, incə məxluqdur. Bütün gözəllikləri özündə birləşdirən qadın həm də anadır. Qadın gələcəkdir, qadın dostdur, qadın həyat yoldaşıdır, qadın sirdaşdır, qadın incədir, zərifdir, gözəldir, cəfakeşdir  -  bir sözlə qadın hər bir çətinliyə dözən qəhrəmandır  -  ZƏRİF QƏHRƏMAN...

 

Qadını savadsız tərbiyə etmək və elmdən bixəbər saxlamaq gələcək nəsli fəlakətə sürükləyir, hər bir millətin xoşbəxtliyi  və səadəti qadınların savadlanmasından asılıdır.  Belə bir deyim var,dahi olmaq üçün 1% istedad yetərlidir.  99% çətin iş,  əmək və zəhmət tələb olunur.Odur ki, zəhmətkeş olan hər bir qadının qalibiyyət şansı var. Bu gün ATV kanalında yayımlanan  “Zərif qəhrəman”  verlişində  həyatda zəhmət  çəkərək qalibiyyətə, uğura doğru addımlayan bir xanımdan - qürbətdə yaşamağına baxmayaraq amalı  vətəni  Azərbaycanı layiqincə təbliğ etmək olan Səadət xanım Şükürovadan bəhs edildi. Gözəl həmsöhbət olan Səadət Şükürova  Azərbaycanda öz dəsti-xətti ilə seçilən, İsrail-Azərbaycan dotsluğunun tərənnümü olan  Kanal24  internet  televiziyasının direktoru, İsraildə “Odlar yurdu”  teatrının rejissoru,  ”Qürbətdə vətən”  verlişinin rəhbəri və  aparıcısı,  ”Yaşadığım torpaq”  filminin rejissoru və vətənə xidmət edən bir çox  layihələrin  yaradıcısıdır.  Daxili gözəlliyini əməlləri ilə biruzə verən bu vətənpərvər qadın  gücünü ailəsindən, doğma yurdundan aldığını dəfələrlə vurğulayır. ”O qadın uduzar ki,özünü ailəsinə həsr etməsin”  deyən Səadət Şükürovanın nümunəvi  ailəsi xaricdə öz adət-ənənələrini qoruyub saxlayan əsl Azərbaycan ailəsi modelini formalaşdırıb. İstedadlı mədəniyyət işçisi,vətənpərvər övlad, qayğıkeş ana, gözəl həyat yoldaşı olan Səadət xanım Şükürovanın timsalında əsl Azərbaycan qadınlarının necə güclü və zərif qəhrəman olduğunun şahidi oluruq. Səadət xanıma seçdiyi bu çətin və şərəfli yolunda yalnız və yalnız uğurlar arzulayırıq.


03:00 19.09.2017
Xəbər lenti
Bütün xəbərlər