KANAL24.AZ
Az Iw En Ru

"Xoş Gəldin Ramazan" adlı klip çəkildi

“Xoş Gəldin Ramazan” adlı klipin son tamamlanma çəkilişləri yekunlaşıb.

“Yeni Yurd” İctimai Birliyinin dəstəyi ilə çəkilən yeni klip yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Kanal24 xəbər verir ki, klipin prodüsseri Elçin Ağazadənin islamazeri.az-a verdiyi məlumata görə, sabah yeni klipin təqdimat mərasimi keçiriləcək. E.Ağazadə deyib ki, cəmi 3 günə çəkilən klip təqdimatdan sonra ölkə televiziyalarına da təqdim olunacaq. Onun sözlərinə görə, hazırda klipin təqdimatı üçün işlər görülür: “Klipin çəkilişlərinə Ramazan ayına bir həftə qalmış başladıq. Çəkilişlər 3 gün davam etdi. Çəkilişlər Bakıda həyata keçib. İnşallah, klip sabah, yəni, iyunun 24-də ictimaiyyətə təqdim olunacaq”.

E.Ağazadə klipin çəkiliş mahiyyətini də açıqlayıb. O, qeyd edib ki, klipdə Mübarək Ramazan ayında varlı və kasıb, eyni zamanda, müxtəlif məşğuliyyətli təbəqənin məsuliyyəti öz əksini tapıb: ““Xoş Gəldin Ramazan” adlı mahnısı “Badi-Kübə” qrupunun bədii rəhbəri Teymur Göyçaylı tərəfindən bəstələndikdən sonra bizə təqdim olundu. Belə qərara gəldik ki, mahnıya bir klip də çəkək. Bu klipdə məqsəd təkcə dindarlara çağırış mesajı deyil, eyni zamanda dindar olmayan təbəqələrə də Ramazan ayının gəlişini çatdırmaqdı. Burada 3 təbəqəni nümayiş etdirən ailə var: kasıb, orta, varlı ailələr. Klipdə göstərilir ki, Ramazan ayını qeyd etmək üçün hansısa təbəqəyə aid olmaq zəruri deyil. Klip Ramazan ayında hər üç ailənin gündəlik fəaliyyətini göstərir”.   "Gəlin, dünyaya çatdıraq ki, Ramazan ayı Azərbaycanda da sevinclə qarşılanır"  

Prodüsser Mehdi Yaqubovun rejissorluğu ilə çəkilən klipdə kimlərin hansı rolu oynadığını da açıqlayıb: “Klipdə “Badi-Kübə” qrupu mahnı oxuduqca həmin ailələri göstərir. Klipdə həkim rolunda aktrisa Lalə Əhmədova, çilingər rolunda Famil Vəliyev, evdar xanım rolunda  Zeynəb Aslanova, bir də bizim hamımızın sevimlisi Sarvan Mübarizoğlu, onun əkizləri və onun xanımı rolunda isə Aidə xanım çəkilib”.  

Qeyd edək ki,  M.Yaqubovun rejissorluğu ilə çəkilən "Xoş Gəldin Ramazan" adlı klipi azərbaycan, ingilis və ərəb dilləri olmaqla üç dildə səsləndirilib.    Xoş Gəldin Ramazan adlı klip çəkildi 

 


04:01 24.06.2015
Xəbər lenti
Bütün xəbərlər