KANAL24.AZ
Az Iw En Ru

15 iyun Milli Qurtuluş günü ön cəbhədə əsgərlərlə birgə qeyd olunub

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Ağcabədi rayonu ərzisində, ön cəbhədə yerləşən “N” saylı hərbi hissənin zabit, gizir və əsgərləri üçün 15 iyun Milli Qurtuluş günü münasibəti ilə görüş keçirib.Tədbiri giriş sözü ilə açan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu hərbi hissə rəhbərliyinə o cümlədən Müdaifə Nazirliyinə belə önəmli gündə əsgərlərimizlə görüşməyə icazə verdikləri üçün təşəkkür etdib. Hər bir əsgərin Azərbaycanın mövcud sərhədlərinin qorunmasında və vətənin düşməndən müdafiəsində xüsusi rolu olduğunu vurğulayıb.Daha sonra söz N saylı Hərbi hissəsnin komandiri  zabit İlqar Abdulxalıqova verilib.Hərbi hissə komandiri “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinə və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə 15 iyun Milli Qurtuluş gününü məhz bu hərbi hissəsədə qeyd etdikləri üçün təşəkkürünü bildirib.Bildirib ki,Azərbaycan dövlətinin hərbi sənayenin o cümlədən ordumuzun inkşafı üçün göstərdiyi diqqət və qayğının işğal altında olan torpaqlarımızın azad olunması üçün mühüm addımdır. Daha sonra çıxış edən “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova rəhbərlik etdiyi ictimai birliyin Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu mütərəqqi ideyalardan bəhrələnərək fəaliyyət prinsiplərini müəyyən etdiyini bildirdi.Mahirə Əsədova dedi ki, “Milli Qurtuluş gününü ön cəbhədə əsgərlərimizlə birgə qeyd etmək, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin keçiyində dayanan hər bir əsgərlə bu günün sevincini paylaşmaq daha qürurvericidir ” Fikirlərinin davamında “Yeni Yurd Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə  Əsədova vurğuladı ki, hərbiçilərimizin vətənpərvərlik ruhunun yüksəlməsində Azərbaycan dövlətinin şəxsən Ali baş komandan cənab  prezident İlham Əliyevin  orduya göstərdiyi qayğı və diqqətin xüsusi əhəmiyyəti böyükdür.

Tədbirin davamında çıxış edən “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı,şəhid soydaşımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, şairə Dilbər Sultanova, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin idarə heyyətinin üzvü Şəhla Qasımova, şair Vaqif Nəcəfzadə başqaları Azərbaycanın keşiyindaədayanan igid oğullarımızı, qəhrəman əsgərlərimizə vətənin keşiyində möhkəm  dayanmağa, Azərbaycan xalqının onlara olan inamını həmişə olduğu kimi doğrultmağa çağırıblar.

Tədbirdə Ağcabədi rayon Mədəniyyət evinin Qarabağ instrumental ansanbılı maraqlı konsert proqramı ilə şəxsi heyət qarşısında çıxış etdib. Sonda Hərbi Hissənin komandiri İlqar Abdulxalıqova və xidmətdə fəqlənən əsgər və zabitlərə diplomlar və qiymətli hədiyyələrə təqdim olunub. 


23:06 19.06.2015
Xəbər lenti
Bütün xəbərlər