KANAL24.AZ
Az Iw En Ru

Ağdamın Əhmədağalı kəndində artezian quyusu istifadəyə verilib

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin fəaliyyəti ərzində  ideyalarını əsas istiqamət kimi götürdüyü Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişinin növbəti ildönümü-15 iyun Milli Qurtuluş günü ilə bağlı Ağdam rayonunun Əhmədağalı kəndində ictimai birliyin sədri Mahirə Əsədova ideyası və maliyyə  dəstəyi ilə qazılan artezian quyusunun və Şəhid Şəmsəddin İsgəndərovun adını daşıyan bulağın  açılışı olub.

Açılış mərasimində “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru, “Tərəqqi”medalı mükafatçısı Şamil Sabiroğlu cəbhə bölgəsində su olmayan sərhəd kəndində “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin Mahirə Əsədovanın ideyası və maliyyə vəsaiti ilə artezian quyusunun qazılmasını o cümlədən şəhidin adını daşıyan bulaq çəkilməyini yüksək qiymətləndirib.Daha sonra sözü Ağdan rayonunun İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova verib.  Raqub Məmmədov “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya bu nəcib əməlinə görə təşəkkürünü bildirib. Ermənilərlə sərhəddə olan kənddə artezian quyusunun qazılmasını çəkilən bulağa şəhid  Şəmsəddin İsgəndərovun  adınının verilməsini Mahirə xanımın vətənpərvərlik nümunəsi olduğunu qeyd etdi.

Tədbirin davamında çıxış edən  “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova açılış mərasimində iştrak edən Ağdam rayonunun İcra Başçısı Raqub Məmmədova, rayon Polis şöbəsinə Əhmədağalı kənd camaatına, ziyalılara və ictimaiyyət nümayəndələrinə və tədbirin təşkil olunmasında köməklik göstərən hər bir insana təşkkürünü bildirib. Deyib ki, “Ümummilli lider Heydər Əliyevin üstün tutduğu ideyalardan  olan xeyriyyəçilik missiyasıdır. “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi, şəxsən mən hər zaman çoxsaylı xeyriyyəçilik tədbirləri reallaşdırmağa çalışmışam. 2014-cü ilin iyul ayında burda su çatışmazlığının olduğunu biləndə mən burda cəbhə bölgəsində erməni işğalını,Qarabağ müharibəsinin çətinliklərini daha çox hiss edən Əhmədağalı kəndində artezian quyusunun qazılmasına və bulağın çəkilməsinə qərar verdim və Allaha çox şükürlər olsun ki, bu gün bunun reallaşdığını görürük. Beynəlxalq Qırmızı Xaç komitəsinin yerli nümayəndəliyinin sədri xanım Deniz Duranın bu artezian quyusundan Qırmızı Xaç komitəsinin xüsusi layihəsi çərçivəsində yerli xəstəxanaya,150-dən çox  fərdi evə suyun çəkilməsi ilə bağlı etdiyi təklifə “Yeni Yurd ”Sosial İnkişaf ictimai birliyinin rəhbəri olaraq  məmnuniyyətlə razılıq verdim”

Daha sonra çıxış edən şair İctimai xadim Vaqif Nəcəfzadə, Qarabağ Qazilər birliyi Ağdam rayon şöbəsinin sədri Sahib Əbilov, Şəhid Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Xocalıdan məcburi köçkün, Qarabağ qazisi Aqil Məmmədov, Ağdam rayon 2saylı peşə məktəbinin direktoru Aybəniz Cəfərova, bulağa adı verlən şəhid Şəhid Şəmsəddin İsgəndərovun yaxın qohumu müharibə veteranı Musa Hüseynov əhalinin sosial problemlərindən biri olan suyun çəkiləməsini çox mühüm addım adlandıraraq, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya təşəkkürünü bildiriblər.

Açılış mərasimi Ağdam rayonunda fəaliyyət göstərən “Şur” instrumental Ansambılının solistləri müğənni Ramil Zeynalov, Hüseyn Hüseynov,Şamxal Muradovun ifasında müxtəlif mahnılar, Bənövşələr kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Qasımovanın ifasında vətənpərvər ruhlu “İttiham” şeirinin səsləndirilməsi ilə davam edib.


07:38 15.06.2015
Xəbər lenti
Bütün xəbərlər