KANAL24.AZ
Az Iw En Ru

Liberman BMT-nin baş naziri ilə görüşdü

İsrailin Müdafiə Naziri Aviqdor Liberman İsraildə səfərdə olan BMT-nin baş katibi Antonio Quterrişlə görüşərək hərbi və siyasi məsələləri müzakirə ediblər. Liberman Quterrişi İsrailə ilk dəfə baş katib vəzifəsində gəlişi münasibətilə təbrik edib.Xatırladaq ki,Quterrişin İsrailə səfəri 3 gün nəzərdə tutulsa da,sonradan dəyişdirilərək 4 gün olub.

İsrail mətbuatının məlumatına görə,Müdafiə naziri BMT-nin baş katibinə bildirib ki,HƏMAS İDF -nin iki əskərini Adar Qoldini və Oran Şaulu əsirlikdə saxlayır və onların qaytarılması üçün qeyri- real tələblər irəli sürürlər.Həmas həmçinin Qəzza zolağı sərhədlərini keçən vətəndaşların beynəlxalq hüquqlarının pozulmasına zidd olaraq saxlayır ,onlar haqqlnda heç bir məlumat vermək ,hətta Qırmızı Xaç cəmiyyət nümayəndələrinə də onlarla görüşməyə icazə vermək istəmir."Bu hərəkət vətəndaşların və əskərlərin ailələrinə qarşı birbaşa zülmün təzahürüdür.Liberman qeyd edib ki:"Mən ümid edirəm ki,beynəlxalq ictimayət və BMT bu haqda HƏMASa təzyiq göztərəcək". Liberman bildirib ki,Əbu Mazen İsrail və HƏMAS arasında qarşıdurma yaratmaq məqsədilə Qəzza zolağında vəziyyəti qəsdən kəskinləşdirir və həm burada ,həm orada qazanan tərəf olmağa çalışır.

Liberman, həmçinin ,Livan hökumətinə və Cənubi Livan xalqına müraciət edərık bildirib ki ,İsrail vətəndaşlarının bir daha raket hücumlarına məruz qalacağı bir qarşıdurma baş verdiyi təqdirdə ,İsrail mümkün qədər sərt davranacaq.İsrailin dinc əhaliyə zərər vermək istəmədiyini vurğulayaraq,İsrail vətəndaşlarının atəşə məruz qalarsa buna laqeyd olmayacaqlarını və bu vəziyyətdə möhkəm və sərt bir cavab verəcəklərini qeyd edib.Müdafiə nazirinin sözlərinə görə,BMT-nin Livandakı müvəqqəti qüvvələri (UNİFİL) Təhlükəsizlik Şurasının 1701-ci qətnaməsini yerinə yetirməlidirlər. BMT-nin baş katibi Quterriş öz çıxışında İsrailə qarşı qərəzsiz münasibətdə olacağını bildirib.O qeyd edib ki:"Mən sizin "İsraili məhv etmək istəyirlər" fikrinizlə razılaşıram.Bir çox ölkələrin İsrailə qarşı qərəzli davranışlarını görürəm və siz bu cür davranışları "antisemitizmin müasir forması"adlandırmaqda çox haqlısınız".


14:55 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər