KANAL24.AZ
Az Iw En Ru

İntihar etmək istəyən qadını xilas etmək üçün sərnişin həyatını təhlükəyə atdı

İntihar etmək istədiyi bildirilən bir qadını görən sərnişin həyatını təhlükəyə ataraq qadını bu yoldan çəkindirməyə çalışıb. 
 
Hadisə ABŞ-ın Nyu York şəhərində baş verib. 
 
Sərnişinin qadınla çəkilən fotosu isə sosial mediada böyük müzakirəyə səbəb olub. Baş verən hadisə zamanı qadının metro stansiyasında yüksəkliyə çıxaraq intihar etmək istədiyi bildirilib. Uzun zaman qadınla söhbət edən sərnişin isə onu bu yoldan çəkindirməyə çalışıb. 
 
Mikhal Klein adlı kişinin  çəkdiyi həmin anın fotosu isə mediada böyük müzakirələrə səbəb olub. 
 

05:50 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər