KANAL24.AZ
Az Iw En Ru

Hindistan dünyada ilk dəfə almaz birjası yaratdı

Hindistanın "Indian Commodity Exchange" (ICEX) əmtəə birjası dünyada ilk dəfə almaz fyuçersləri üzrə ticarətə başlayıb.

Xəbərdə bildirilir ki, ilkin olaraq əməliyyatlar 1 karatlıq daşlarla aparılacaq. Daha sonra 0,3 və 0,5 karatlıq brilliantlarla ticarətin aparılması planlaşdırılır. ICEX-in rəhbəri Sancit Prasad bildirib ki, fyuçers əməliyyatlarının həyata keçirilməsi almaz investisiyalarını şəffaf, onların effektivliyi və təhlükəsizliyini təmin edəcək. Zinət əşyaları istehsalçılarına isə qiymətlərdəki dalğalanmalardan qorunma imkanı yaradacaq.


02:26 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər