KANAL24.AZ
Az Iw En Ru

İranda zəlzələ olub, səkkiz nəfər xəsarət alıb, dağıntılar var

İranda zəlzələ olub.

Yeraltı təkan yerli vaxtla bu gün saat 03.44-də Şərqi Azərbaycan əyalətinin ərazisində, Təbriz şəhərindən 100 km aralıda qeydə alınıb. Episentrdə zəlzələnin maqnitudası 4,9 olub. Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, bir neçə tikili dağılıb.

Hadisə yerində xilasedicilər işləyir.


20:51 28.08.2017
Xəbər lenti
Bütün xəbərlər