KANAL24.AZ
Az Iw En Ru

Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib

Keniyada hökumət polietilen torbalardan istifadəni qadağan edən qanunu təsdiqləyib.

Polietilen torbaların hazırlanması, satışı, alışı və istifadəsinə görə 38 min ABŞ dollarınadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hökumət bu qadağanın ətraf mühitin qorunmasına kömək göstərəcəyini düşünür.

Eyni zamanda, polietilen torba istehsalçıları qadağa ilə əlaqədar təqribən 80 min insanın işsiz qalacağını iddia edirlər.

Məlumata görə, keniyalılar ayda 24 milyon polietilen paketdən istifadə edirlər.


18:02 28.08.2017
Xəbər lenti
Bütün xəbərlər