KANAL24.AZ
Az Iw En Ru

ABŞ-la İsrail bu sahədə müqavilə imzaladı

 

 

Ötən həftənin sonunda İsrail Müdafiə Nazirliyinin nümayəndə heyəti ABŞ --da 17 F-35 təyyarəsinin əldə edilməsi barədə müqavilə imzalayıblar. ABŞ İsrailə satdığı təyyarələrin qiymətlərini azaldaraq ,hər bir təyyarəyə 100 milyon dollardan bir az aşağı qiymət qoyub.Bununla da İsrailin ABŞ-dan aldığı ən yeni tip "görünməz döyüşçülərinin" sayı 50-yə çataçaq.

"Kursor"un hesabatına görə, keçən ilin noyabrında İsrail 17 F-35 təyyarəsinin alınması haqqında qərar vermişdi.Hal hazırda İsrailin "Nabatim"hava bazasında 5 F-35 təyyarəsi vardır.Daha iki təyyarə avqustda,ikisi də sentyabrda alınacaq. 2018-ci ildə İsrail daha 9 döyüş təyyarəsini öz bazasına daxil etməyi planlayır.Müqavilənin müddəti 2024-cu il dekabr ayına qədərdir.


14:30 28.08.2017
Xəbər lenti
Bütün xəbərlər