KANAL24.AZ
Az Iw En Ru

“Yeni Yurd” Sosial inkişaf ictimai birliyi valideyn himayəsindən məhrum olmuş 7 uşağı sünnət etdirib

“Yeni Yurd” Sosial İnkişaf İctimai birliyi Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı internat evinin şagirdi Umudov Pərvizi, Əsəgərov Ziyanı, Höccətli Fəridi, Höccətli Farizi, hacıyev Orxanı, İbrahimov Vüqarı, Allahverdiyev Məmmədi sünnət etdirərək onlar üçün kiçik toy mərasimi keçirib.

Mərasimdə çıxış edən “Yeni Yurd Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova uşaqları qarşıdan gələn 1 iyun Beynəlxalq Uşaqları Müdafiə günü münasibəti ilə təbrik edib. Ölkədə uşaqların sağlam və şən böyüməsi üçün dövlətin bütün lazım olan addımları atdığını, mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildiyini bildirib Daha sonra Mahirə Əsədova deyib ki, “Prezident öz çıxışlarında uşaqları “cəmiyyətimizin sabahı” adlandırır. Körpələrin qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, sağlamlığı dövlət başçsımızın əsas hədəflərindədir”-

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri  Mahirə Əsədova  uşaq hüquqlarının qorunması istiqamətində Heydər Əliyev Fondunun və onun rəhbəri, birinci xanım Mehriban Əliyevanın böyük işlər gördüyünü xüsusi vurğulayıb. O, deyib ki,  “Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsidir”. Tədbirin davamında çıxış edən Türkiyədən gələn qonaq yazar, İğdır Azərbaycan Evinin müdiri Serdar Ünsal “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovanın şəxsi təşəbbüsü ilə reallaşan bu xeyriyyəçilik içinin çox təqdirəlaiq olduğunu bildirdi. Daha sonra fikirlərini söyləyən “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru Şamil Sabiroğlu “Yeni Yurd” Sosial İnkişaf İctimai birliyinin, şəxsən sədr Mahirə Əsədovanın hər zaman xeyriyyəçilik işini əsas istiqamətlərdən biri kimi reallaşdırması ilə seçildiyini qeyd edib. Deyib ki, bu gün həyata keçirilən kimsəsiz uşaqların sünnət mərasimi xeyriyyəçiliklə yanaşı vətənimizin oğul övladları,gələcəyin əsgərləri  üçün böyük qayğıdır.Mərasimin bədii hissəsində müğənni Samir Salam və onun rəhbərlik etdiyi “Salam” qrupu gözəl musiqi nömrələri ifa edib.


Müəllif: Aynur Qəniyeva
06:18 31.05.2015
Xəbər lenti
Bütün xəbərlər