KANAL24.AZ
Az Iw En Ru

Sərdar Ünsalın "Ürəyim İrəvanda qaldı" kitabının təqdimatı keçirilib

Türkiyəli yazar, İğdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsalın Bakıda "Ürəyim İrəvanda qaldı" kitabının təqdimatını keçirib.

 Kitabın müəllifi Sərdar Ünsal bildirib ki, təqdim olunan kitab  demək olar ki, bütün ürəyi İrəvanda qalanların həyat hekayəsini özündə əks etdirir. Sərdar Ünsalın sözlərinə görə, ermənilərin türklərə qarşı məkrli əməllərinin  nəticəsində həyat yoldaşını və atasını itirən nənəsi Araz çayından İrana, sonra isə qardaş Türkiyənin İğdır şəhərinə köçməli olur: "Qısası, roman gerçək yaşanmış bir həyat hekayəsidir. Bu romanda ermənilərin iç üzünü görmək olur. Nənəm ölənə qədər "Vətənim, vətənim" deyə səsləndi. Xüsusilə İrəvan, Bakı radiosunda gedən mahnılara qulaq asıb ağladığına çox şahid oldum".

 

Təqdimat mərasimində Azərbaycanın millət vəkilləri Qəniraə Paşayeva və Adil Əliyev, Macarıstandan gəlmiş  millət vəkili, digər çıxış ediblər.  "Ürəyim İrəvanda qaldı" kitabının əhəmiyyətindən danışan çıxış edənlər Serdar Ünsalın Azərbaycana bağlılığından və Azərbaycanla bağlı fəaliyyəti barədə ətraflı məlumat veriblər.Müəllif kitabın Azərbaycan, ingilis və diğər dünya dillərində də çap edilməsini arzu etdiyini bildirib.

 

Təqdimatda eyni zamanda.  "Ürəyim İrəvanda qaldı" kitabının müəllifi,  Türkiyəli yazar, İğdır Azərbaycan Evinin rəhbəri Sərdar Ünsal Millət vəkili Adil Əliyevə, Qənirə Paşayevaya, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovaya, Elnur Eltürkə, APA TV-yə və bir neçə ictimai xadimə İğdır Azərbaycan Evinin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin inkişafında göstərdiyi xidmətə görə fəxri diplom təqdim edilib.


Müəllif: Aynur Qəniyeva
04:52 26.05.2015
Xəbər lenti
Bütün xəbərlər