KANAL24.AZ
Az Iw En Ru

“Ulduzların həmrəyliyi” adlı xeyriyyə tədbiri keçirilib

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin və rejissor Nail Naiboğlu və Emil Fərmanın təşkilatçılığı ilə  “Ulduzların həmrəyliyi” adlı xeyriyyə tədbiri keçirilib.

Tədbirdə Nail Naiboğlu çıxış üçün sözü “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova verdi. “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri bildirdi ki, rəhbərlik etdiyi ictimai birliyin əsas missiyalarından biri də xeyriyyəçilikdir. Mahirə Əsədova dedi ki, “Yardımlaşmaq, ehtiyacı olan insanlara kömək etmək hər birimizin borcudur. Bu gün həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli uğurlu siyasətindən, həm də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycan cəmiyyətində həyata keçirdiyi gələcəyə yönəlik humantar missiyasından nümunə götürərək  bu işi davam edirməliyik”

Daha sonra "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin qonağı olan Türkiyədən gəlmiş İğdırda "Azərbaycan evinin" yaradıcısı və müdiri olan, jurnalist, yaçıçı Serdar Ünsal və Türkiyəli rassam İlhan İşbaşı çıxış edərək "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə əsədovaya rejissor nail naiboğluna bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirdilər. Tədbirin davamında incəsənət nümayəndələri Xalq Artisti Flora Kərimova, Xalq Artisti Səməd Səmədov, Nadir Qafarzadə, Günay İbrahimli, Lalə Məmmədova, Sevinc Tofiqqızı, Samir Piriyev, Nurlan Əzizbəyli, Nurlan Növrəstli, prodüsser Təranə Səmədova və digərlərinin iştrakı ilə xeyriyyə konserti keçirildi.

Qeyd edək ki, sözü gedən xeyriyyə konsertindən yığılan vəsait  anadangəlmə lal və kar olan, təcili beyindaxili əməliyyat olunmalı 6 yaşlı Ülvinin əməliyyatı və , kompleks müalicəsi üçün xərclənəcək.


Müəllif: Aynur Qəniyeva
07:13 25.05.2015
Xəbər lenti
Bütün xəbərlər