KANAL24.AZ
Az Iw En Ru

“Yeni Yurd” üzvləri yanğından zərərçəkənləri ziyarət etdilər

Kanal24 xəbər verir ki, “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar həlak olanların xatirəsini yad ediblər.

Daha sonra “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlunun başçılığı ilə birliyin üzvləri və Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıblar.


04:42 23.05.2015
Xəbər lenti
Bütün xəbərlər