KANAL24.AZ
Az Iw En Ru

Tramp dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcəyinə söz verdi

ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək.

Bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı “Fort Mayer” hərbi bazasında çıxış edərkən bəyan edib.

Onun sözlərinə görə, bundan sonra ABŞ ümumi maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək. 

“Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, yalnız uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi məqsədlərə sadiq qalmağa çağırırıq. İstənilən qərar verilərkən bu prinsipial yanaşma əsas olaraq qalacaq”, - deyə D.Tramp vurğulayıb.


17:16 22.08.2017
Xəbər lenti
Bütün xəbərlər