KANAL24.AZ
Az Iw En Ru

Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək

Bu il mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Azərbaycana səfər edəcək.

Kanal24-ün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcək.

Görüş zamanı Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.


19:12 23.05.2015
Xəbər lenti
Bütün xəbərlər