İsveç alimləri indiyədək məlum olmayan və alkoqol asılılığa təsir edən neyro-mexanizm aşkar ediblər. Elmi mətbuatın şərhçiləri bildirirlər ki, bu kəşf alkoqolizmin müalicəsinin sonrakı üsullarına təsir edə bilər.
Höteborqdakı Salqrensk Akademiyasının bir qrup alimi elmi ədəbiyyatda indiyədək təsvir edilməmiş, mədə hormonu qrelinin iştirakı ilə alkoqol asılılığının formalaşdığı beyin mexanizmi aşkar ediblər.
Qeyd edək ki, alkoqolizm İsveç üçün ən aktual problemlərdən biridir: ölkə əhalisinin təqribən 5 faizi alkoqolikdir.
Fiziologiya professoru Süzanna Dikson deyib: "Qrelinin beyinə təsiri asılılıqların başqa növlərində, o cümlədən narkotik asılılığında və hətta qarınqululuq problemində mühüm rol oynaya bilər".