KANAL24.AZ
Az Iw En Ru

Ağız qoxusundan necə xilas olmalı

Mütəxəssislər ağız qoxusuna qəbul edilən qidanın növü və keyfiyyəti ilə yanaşı,mədə və bağırsaq problemlərinin də səbəb olduğunu bildirirlər.

Türkiyəli diş həkimi Çağdaş Kışlaoğlu qoxunun diş daşları və diş əti iltihabı nəticəsində yarana biləcəyini deyib. O, ağız qoxusundan xilas olmaq üçün bəzi məsləhətlər verib.

- Antibakterial xüsusiyyətə malik olduğu üçün darçından daha çox istifadə edin.

- Ağız quruluğunu və qoxunu aradan qaldırmaq üçün daha çox su için.

 
 

- Dişlər arasında qalmış yemək qalıqlarını təmizləmək üçün diş sapından istifadə edin.

- Ən əsası isə siqaret çəkməyi tərgidin.


15:31 10.08.2017
Xəbər lenti
Bütün xəbərlər