KANAL24.AZ
Az Iw En Ru

Beyinin fəaliyyətini həqiqətən yaxşılaşdıran 4 MADDƏ - FOTO

Hal hazırda hətta cavan insanlar tez-tez diqqətin və yaddaşın pozulmasından, beyinin fəaliyyətinin pisləşməsindən şikayətlənir.

Alimlərin fikrinə görə, təbiətdə beyinin fəaliyyətini həqiqi stimullaşdıran 4 maddə var. Kanal24 saglamolun.az-a istinadən bildirir ki, bu maddələrin heç bir yanaşı təsiri yoxdur və onların müntəzəm olaraq istehlakı beyinin fəaliyyətini yaxşılaşdıra, beyinin qocalmasını ləngidə bilər.

Bu maddələr arasında:

1. Çayın tərkibində olan teanin (və ya L-teanin). Bu maddə yaşıl çayda xüsusilə çoxdur. Araşdırmalar göstərib ki, bu maddə diqqəti yaxşılaşdırır.

2. Qəhvənin tərkibində olan kofein. Bu maddə beyinin fəaliyyətini yaxşılaşdırır, iş qabiliyyətini artırır.

3. Çəhrayi rodiola bitkisinin tərkibində olan salidrozid, rozavin və rozarin maddələri mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərir.

4. Sarıkökün tərkibində olan kurkumin maddəsi orqanizmə depressiya əleyhinə təsir edir, beyinin qocalmasını ləngidir.


02:48 08.08.2017
Xəbər lenti
Bütün xəbərlər