KANAL24.AZ
Az Iw En Ru

334 min adam təcili yardıma müraciət edib

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bu ilin 6 ayı ərzində 334000 artıq müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 30000-dən çox artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlər əsasında 31800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1100 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179000-dən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın, insultla müraciətlərin sayı 1880, hospitalizasiya 1680, doğuşla bağlı müraciətlərin sayı 1580, hospitalizasiya 1580, avtoqəza zamanı xəsarət alanların sayı 1170 hospitalizasiya 1000-dən artıq olub.

Nazirlikdən bildirilib ki, evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.

Təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər.


18:03 07.08.2017
Xəbər lenti
Bütün xəbərlər