KANAL24.AZ
Az Iw En Ru

Günvurma ilə bağlı təcili yardıma müraciət edənlərin sayı açıqlandı

İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 83 nəfər müraciət edib.

Bu barədə  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, ötən həftənin şənbə və bazar günləri günvurma ilə bağlı stansiyaya 11 müraciət daxil olub, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, günvurma diaqnozu ilə müraciət edənlərdən ümumilikdə 36 nəfəri xəstəxanaya yerləşdirilib.


17:47 07.08.2017
Xəbər lenti
Bütün xəbərlər