KANAL24.AZ
Az Iw En Ru

Dollardan növbəti ucuzlaşma

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Kanal24-ün Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0474-dən 1.0472 AZN-ə qədər azalıb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1912-dən 1.1946-ya qədər bahalaşıb.

Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0211-dən 0.0209 manata qədər azalıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.


17:38 15.05.2015
Xəbər lenti
Bütün xəbərlər