KANAL24.AZ
Az Iw En Ru

Yaxşı qarpızı necə seçməli?

Təcrübəli əkinçilər yaxşı qarpızı necə seçə biləcəyimizi başa salıblar.

Qarpızın üzərindəki ləkələrin qarpızın yetişməsindən xəbər verdiyini deyən əkinçilər, yaxşı qarpız almağın mühüm əlamətlərini belə izah ediblər:
- Qarpızın üzərindəki ləkələr, qarpızın torpağa dəydiyi yerlərdir. Qarpız üzərində sarı və açıq ləkəli qarpızlara üstünlük verin.
- Qarpızdakı hörümçək toruna bənzər yerlər, arıların qarpız çiçəklərini mayalandıranda toxunduğu yerlərə işarə edir. Ləkənin çox olduğu qarpızlar, daha şirindir.
 
- Qarpız saplağının quru olması da qarpızın yetişmiş olduğunun göstəricilərindən biridir. Sapı sarı olan qarpızlar, yeni qoparılmış deməkdir.
 
- Qarpız seçəndə ən böyük və ya ən kiçik olanlarını yox, orta ölçülü olanlara üstünlük verin.
 
- Uzun qarpızların sulu, girdə qarpızların şirin olduğunu da unutmayın.


06:21 07.08.2017
Xəbər lenti
Bütün xəbərlər