KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda sərnişindaşımalarının qiyməti aşağı düşüb

Aprel ayında Azərbaycanda sərnişindaşımalarının tarifi mart ayı ilə müqayisədə 0,2 faiz aşağı düşüb.

Bu barədə Kanal24 Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, aprel ayında yükdaşımaları üzrə tariflər mart ayı ilə müqayisədə 1,7 faiz artıb.

MDB ölkələri və başqa xarici istiqamətlər üzrə hava nəqliyyatı ilə sərnişindaşımaları bu dövrdə 1,3 faiz ucuzlaşıb.

Aprel ayında boru xətləri ilə neft və qazın nəqlinin tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz artıb. Eyni zamanda, aprel ayında MDB ölkələri üzrə dəmiryol nəqliyyatı ilə sərnişindaşımalarında tariflər də 7,6 faiz artıb.

Məlumatda deyilir ki, MDB ölkələri və xarici istiqamətlər üzrə dəniz nəqliyyatı ilə yükdaşımaları aprel ayında 0,2 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında isə yük və sərnişindaşımalarına olan tariflər aprel ayında dəyişməyib.


18:58 15.05.2015
Xəbər lenti
Bütün xəbərlər