KANAL24.AZ
Az Iw En Ru

Ağzı açıq yatmağın səbəbləri və müalicəsi

Ağzı açıq yatmağın ilk və ən əhəmiyyətli səbəblərindən bir dənəsi burunda yaranan tıxanıq vəziyyətdir.

Boğazda olan ət və badamcıq vəzisi normaldan böyük olması nəticəsində hava yolları daralır və bunun nəticəsi olaraq ağızı açıq yatmağa məcbur oluruq. Kiçik dilin böyük olması nəticəsi olaraq da insan yatarkən rahat nəfəs ala bilmir. Bu vəziyyət də insanın ağzı açıq yatmasına səbəb olan bir haldır.

Qarşısını necə almaq olar?
 
Allergik halların ortaya çıxmasına səbəb olan toz və tozcuqlardan xilas olmaq ağzı açıq yatmaq riskini minimuma endirir. Burundan nəfəs almağa məcbur etmək üçün ağız lentləri istifadə edilə bilər. Nəfəs alma texnikalarından istifadə etmək də müalicəyə kömək edir.
 
Nəfəs idmanları etmək yaxşı sinir sisteminin inkişafına səbəb olacaq və gecə yaranan burun tıxanıqlığının qarşısını alacaq. Həmçinin yuxuya getməzdən əvvəl spreylə burun təmizlənməsi də effektiv ola bilər.


06:19 06.08.2017
Xəbər lenti
Bütün xəbərlər