KANAL24.AZ
Az Iw En Ru

“Gediş haqqı dəyişə bilər” - Cavid Qurbanov anons verdi

“Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma üzrə bəzi tariflərin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırır”.

Kanal24.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.


Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” yeni Bakı-Sumqayıt dəmiryolu xəttində VİP vaqonlarda sərnişindaşıma tariflərinin tənzimlənməsi funksiyalarını QSC-yə vermək təklifi ilə Tarif Şurasına müraciət edib.

C.Qurbanov qeyd edib ki, məlum olduğu kimi, sosial qiymətlər mövcuddur, məsələn, dövlət tərəfindən tənzimlənən plaskart vaqonlarda gediş haqqı qiyməti: “VİP vaqonlarda gediş haqqını isə özümüz tənzimləməyi planlaşdırırıq”.

O, əlavə edib ki, Bakı-Sumqayıt xəttində gediş haqqının məbləği bu istiqamətdən hər gün istifadə edən əhalinin cari xərclərinə əsaslanacaq: “Apardığımız yoxlama nəticəsində müəyyən etdik ki, əhali Sumqayıtdan Bakının mərkəzinə gəlmək üçün orta hesabla 1 manat xərcləyir. Üstəlik, onlar 2 saat vaxt itirirlər, bir neçə dəfə nəqliyyat vasitəsini dəyişir və təyinat yerinə böyük narahatlıqla çatırlar”.

C.Qurbanov bildirib ki, Bakı-Sumqayıt dəmiryolu xətti istismara verildikdən sonra əhali rahat şəraitdə paytaxta cəmi 40 dəqiqəyə çatacaq.


03:22 14.05.2015
Xəbər lenti
Bütün xəbərlər