KANAL24.AZ
Az Iw En Ru

Kamçatkada qütb kitini belə xilas etdilər - VİDEO

Kamçatkada unikal xilasetmə əməliyyatı aparılıb. 

Kanal24-ün məlumatına əsasən, FHN-nin əməkdaşları Avaçinsk körfəzinin akvatoriyasında balıqçı toruna dolaşmış qütb kitini xilas etmək üçün üç saata yaxın çalışıblar.

Heyvan insanları görüb bərk qorxduğu üçün hər dəfə ona motorlu qayıq yaxınlaşdıqca çırpınmağa başlayıb.  

Nəhayət, 3 saatdan sonra əməliyyat uğurla nəticələnib. Heyvanı tordan çıxarmaq mümkün olduqdan sonra onu mütəxəssislər müayinə ediblər və bundan sonra azadlığa buraxıblar.


01:27 04.08.2017
Xəbər lenti
Bütün xəbərlər