KANAL24.AZ
Az Iw En Ru

Meksikada dəhşətli qəza: 11 ölü, 15 yaralı - VİDEO

Meksikada avtobusla yük avtomobilinin toqquşması nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Kanal24 Report-a istinadən  xəbər verir ki, qəza avqustun 3-də Meksikanın Tamaulipas ştatında olub.

Avtobus yük avtomobili ilə toqquşduqdan sonra içindəki sərnişinlərlə birlikdə 100 metr dərinliyi olan dərəyə yuvarlanıb.

İlkin məlumata görə, içində 25 sərnişin olan avtobus ölkə paytaxtı Mexikoya doğru hərəkət edirmiş. 


21:27 03.08.2017
Xəbər lenti
Bütün xəbərlər