KANAL24.AZ
Az Iw En Ru

Taylandda nəhəng ayı insana hücum edib - VİDEO

Taylandda nəhəng ayı bir insana hücum edib.

Kanal24 NEWS.am-a istinadən verdiyi məlumata görə, 36 yaşlı Nayfum Promatree yırtıcını yeməklə qıcıqlandırıb. Pəncələrlə döyülən, qəfəsə sürtülüb aparılan N.Promatree xoşbəxtlikdən sağ qalıb.

Ayı möminlər tərəfindən yerli məbədlərin birində qəfəsdə saxlanılıb. Mədəbə gələn insanlara heyvanı yemləməyə icazə verilir. Lakin N. Promatree kəndirlə ayını yedizdirmək istəyəndə yubanıb və hövsələsiz heyvan arxa pəncələri üstə duraraq fərsiz sakini özünə tərəf çəkib. N.Promatreenin dostlarından biri heyvanın saxlanıldığı yerə düşərək heyvanı taxta ilə vurmağa başlayıb. Ancaq bundan sonra xəsarət alan  N. Promatreeni yırtıcının pəncəsindən qurtarmaq mümkün olub. 


18:36 03.08.2017
Xəbər lenti
Bütün xəbərlər