KANAL24.AZ
Az Iw En Ru

İsrailin ilk ekoloji peyki kosmosa buraxıldı

İsraildə hazırlanan süni peyk Frasız Qvianasından kosmosa buraxılıb. İsrailin ilk ekoloji peyki olan Venüs, yüksək dəqiqliklə təchiz olunması ilə diqqət çəkir.

Qeyd edək ki,peyk səhralaşma ,eroziya,təbii fəlakıtlər və çirklənmə prosseslərini nəzarət etmək üçün nəzərdə tutulub.Peykin kameraları kənd təsərrüfatı planlaşdırmasında yeni ,5 metr bir-birindən aralıda olan bitkiləri müəyyənləşdirmək imkanlar yaradır.

Məlumata görə peyk fermerlərə bitkiləri harda, necə əkmək ,hansı gübrələrdən istifadə etmək,suyun səviyyəsi haqqında dəqiq məlumat verəcək. Venüsü mikropeyk hesab edirlər.O 4,4 metrlik qanadları ilə 265 kq çəkisindədir.Peyk Yer kürrəsindən 70 km məsafədə orbitə çıxmalıdır.Peyk Yer kürrəsi ətrafında 48 saatda 29 dəfə dövr etməli və 4,5 il orbitdə qalmalıdır. İkinci - OPTSTAT-3000-peyki İtaliya hərbiçiləri üçün buraxılan hərbi nəzarətçi peykidir.Hər iki peyk İsrael Aerospace İndustries şirkəti tərəfindən istehsal edilib.

 

 

 


13:30 03.08.2017
Xəbər lenti
Bütün xəbərlər