KANAL24.AZ
Az Iw En Ru

Təyyarəni ildırım vurdu - VİDEO

Florida hava limanı əməkdaşlarından biri ildırım zərbəsindən sonra sağ qalıb.

Kanal24-ün wptv.com-a istinadən verdiyi məlumata görə, ildırım zərbəsi 21 yaşlı Ostin Danı hətta arxaya atıb.

O.Dan təyyarənin yanında olarkən ildırım uçan aparatın arxa hissəsini vurub. Digər rakursdan isə görünür ki, hava limanı işçisi təyyarənin burun hissəsinin altından keçərkən ildırım təyyarəni vurub.

Üçüncü dərəcəli yanıq xəsarəti alan O.Dan xəstəxanaya yerləşdirilib. Bir müddət sonra o, xəstəxanadan evə buraxılıb.


22:54 02.08.2017
Xəbər lenti
Bütün xəbərlər