KANAL24.AZ
Az Iw En Ru

Montaj otağına gələn dəvətsiz "QONAQ"

Avstraliyada "Kanal 9" xəbər telekanalının montaj otağına girən nəhəng piton çaxnaşmaya səbəb olub. 

Jurnalist Darvin ofisə gələndə masanın üstündəki kompüterlərin arxasına gizlənmiş nəhəng bir piton ilanı görüb. 

Jurnalist hadisəni ofisdə çalışan bir qadına söyləyib. Otağa gələn qadın çox sakit bir şəkildə ilanı kompüterin arxasından çıxarıb, çılpaq əl ilə onu bir çantanın içinə qoyub.

O anları videoya çəkən jurnalistin "İlanı gördüyümdə qanım dondu, qadın ilanı çılpaq əl ilə necə tutdu bilmirəm" dediyi eşidilir.


18:29 02.08.2017
Xəbər lenti
Bütün xəbərlər