KANAL24.AZ
Az Iw En Ru

Qaydanı pozan xanım sürücü cərimədən bu yolla yayınmaq istəyir

Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.

baku.ws xəbər verir ki, adını açıqlamayan sürücü iddia edir ki, 10-P-048 dövlət nömrə nişanlı YPX-yə məxsus motosikletin sahibi, yol polisi ona əxlaqsız təklif edib.

Xanım sürücü iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.

Öz adını açıqlamayan, üzünü göstərməyən qadın sürücünün bu iddiası birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri videonun şərh bölməsində qeyd edirlər ki, sürücü DYP əməkdaşına şər atır. Buna səbəb isə qadın sürücünün DYP əməkdaşının qayda pozuntusuna görə ona yazdığı cərimədən yayınmaq istəməsidir.

 


17:32 02.08.2017
Xəbər lenti
Bütün xəbərlər