KANAL24.AZ
Az Iw En Ru

Dronlar divarın o biri tərəfini görəcək – VİDEO

Kaliforniya Universiteti divarın əks tərəfini görə bilən dronlar hazırlayıblar.

Divarın əks tərəfindən olan hər hansı bir obyektin nə olduğunu müəyyən etmək üçün ən az iki dron qarşı-qarşıya dayanaraq obyekti təhlil etməlidir.

Bu zaman dronlar bir-birinə qarşılıqlı siqnallar göndərirlər. Siqnalların rast gəldiyi müxtəlif maneələr, onların ölçüləri və aralarında olan məsafələr siqnalın tezliyinə müxtəlif cür təsir edir. Beləliklə, sistem tezliyin dəyişməsi əsasında obyektin nə olduğunu müəyyən edir. Tezliyin dəyişməsi obyektin hansı tərkibdə və məsafədə olduğunu, sonra isə onun 3 ölçülü təsvirini müəyyən edir. İlk baxışda sadə görünən əməliyyatın müəyyən nəticə hasil edə bilməsi üçün sistem bir neçə mürəkkəb hesablama prosesi icra edir.

Yeni dronlardan təcili axtarış-xilasetmə əməliyyatlarında, arxeoloji kəşfiyyat və müxtəlif strukturlara nəzarətetmə işlərində istifadə etmək mümkündür.


02:45 02.08.2017
Xəbər lenti
Bütün xəbərlər