KANAL24.AZ
Az Iw En Ru

Bakıda DƏHŞƏTLİ QƏZA: avtomobil yanır

Dünən Bakı şəhərinin Sabunçu rayonunda - Heydər Əliyev prospektinin keçmiş “Komsomol” dairəsindən keçən hissəsində baş vermiş dəhşətli qəzada ölən şəxsin kimliyi məlum olub.

“QAZ 31 10” markalı minik avtomobili ilə “Mercedes” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində hadisə yerində vəfat edən şəxsin 1936-cı il təvəllüdlü Astanov Hacıağa Abdulla oğlu olması müəyyənləşib.

“QAZ 31 10”-un sükanı arxasında olan 81 yaşlı kişi avtomobil yanmağa başlamazdan əvvəl yaxınlıqdakı şəxslər tərəfindən nəqliyyat vasitəsinin salonundan çıxarılıb. Lakin hadisə yerinə gələn həkimlər onun artıq vəfat etdiyini müəyyənləşdiriblər.

Qeyd edək ki, qəza nəticəsində 15 və 33 yaşlı daha iki nəfər xəsarət alıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb.

 

 

Şəhər mərkəzindən hava limanı istiqamətindəki yolda (keçmiş komsomol dairəsi) qəza baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

Onun sözlərinə görə, bu istiqamətdə yol nəqliyyat hadisəsi baş verib.

“Qəza baş verən nəqliyyat vasitəsi yanır. Hazırda bu istiqamətdə tıxac var”.


18:05 02.08.2017
Xəbər lenti
Bütün xəbərlər