KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" təşkilatının Türkiyənin Diyarbəkir şəhərində nümayəndəliyi açılıb

Bu gün” Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin Türkiyənin Diyarbekir şəhərində nümayəndəliyinin açılması və həmin nümayəndəliyin sədrinin təyin olunması münasibəti ilə iclası keçirilib.

 “Yeni Yurd” Soaial İnkişaf ictimai birliyinin xarici əlaqələrinin genişləndirilməsi ilə bağlı addımların çoxaldılması istiqamətində müəyyən işlərin görülməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, bu günlərdə Türkiyənin Diyarbekir şəhərində “Yeni Yurd” Soaial İnkişaf İctimai Birliyinin nümayəndəliyinin açılması ilə bağlı qərar qəbul olunaraq türkiyəli şairə Nesrin Erdoğmuşun  təşkilatın Diyarbekir nümayəndəliyinin sədri təyin olunması ilə bağlı qərar qəbul edilib.

Daha sonra“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin Diyarbekir nümayəndəliyinin sədri vəsiqəsi Nesrin Erdoğmuşa təqdim olunub. “Yeni Yurd” Soaial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətləri barədə söylədiyi “Azərbaycanla Türkiyə bir millət iki dövlətdir” kəlamını hər zaman diqqətdə saxlayan “Yeni Yurd” Soaial İnkişaf ictimai birliyi Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir.

Mahirə əsədova qeyd etdi ki, hazırda Türkiyədə fəlaiyyət göstərən TADDEF-lə və şəxsən TADDEF-in fəxri sədri Yücel Artantaşla sıx əlaqələr isti münasibətləri mövcuddur. Türkiyədəki əlaqələrin genişləndirilməsi üçün Diyarbekirdə nümayəndəlik açılması qərara alınıb. Daha sonra fikirlərini bölüşən  Nesrin Erdoğmuş “Yeni Yurd” Soaial İnkişaf ictimai birliyi şəxsən təşkilatın sədri Mahirə Əsədova ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, təşkilatın işində yaxından iştrak edəcəyini bildirdi. “Yeni Yurd” Soaial İnkişaf İctimai Birliyinin həyata keçirdiyi layihələrin Azərbaycan o cümlədən Türkiyə üçün əhəmiyyəli olduğunu qeyd edən Nesrin Erdoğmuş bu yöndə atılan hər bir addım üçün təşkilatın sədri mahirə əsədovaya təşəkkürünü bildirdi.


03:36 10.05.2015
Xəbər lenti
Bütün xəbərlər