KANAL24.AZ
Az Iw En Ru

Xırdalanda yanğın: sakinlər təxliyə olundu

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 69 kv.m olan təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsı yanğından mühafizə olunub. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 


17:11 24.07.2017
Xəbər lenti
Bütün xəbərlər