KANAL24.AZ
Az Iw En Ru

SOCAR-dan rəsmi açıqlama

SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin prezidenti Kenan Yavuz Türkiyə mətbuatında SOCAR-ın Türkiyədə Fransanın “Total” şirkətinə məxsus olan yanacaqdoldurma məntəqələrini ala biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

ANS PRESS-ə açıqlama verən “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin prezidenti məsələ ilə bağlı təmaslarının olmadığını diqqətə çatdırıb:

"Mövzu ilə əlaqədar hər hansı bir birbaşa təmasımız və ya əlaqəmiz yoxdur", - deyə K.Yavuz söyləyib.

Qeyd edək ki, "Hüriyyət" qəzeti iddia edib ki, "Total"ın Türkiyə bazarından çıxmaq qərarı verib. Adıçəkilən şirkətə məxsus məntəqələrin satış məsələsində diqqət mərkəzində olan şirkətlərdən biri də SOCAR-dır. 

"Total"ın 5.3 faiz payını almaq istəyən şirkətlər əməliyyatla bağlı məlumat əldə etmək üçün bilgi otağını səbirsizliklə gözləməyə başlayıblar. 

Ötən gün BP-dən verilən yaxın zamanda Türkiyədəki stansiyaların sayını 650-dən 800-ə qaldırmaq istəmək haqqında açıqlama onların da "Total"ın paylarında maraqlı olduğunu göstərib. 

Məlumata görə, "Total" 1992-ci ildən Türkiyədə 450 məntəqə ilə fəaliyyət göstərir. Şirkətin burada 10 min işçisi var. Ümumilkdə isə Fransa şirkəti 130-dan çox ölkədə fəaliyyətdədir.

 


21:22 29.04.2015
Xəbər lenti
Bütün xəbərlər