KANAL24.AZ
Az Iw En Ru

Gecikmiş sosial ödənişlərin ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının azalmasına səbəb olub.

 

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Kanal24.az-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında DƏMX-in həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103481 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır. Həmin məbləğin 75841 manatı (73,2%) əmək haqlarından, 5440 manatı (5,2%) zərərə görə ödənclərdən, 22200 manatı (21,4%) isə sosial müavinət və kompensasiyalardan ibarət olub.

Qeyd olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.


23:00 16.04.2015
Xəbər lenti
Bütün xəbərlər