KANAL24.AZ
Az Iw En Ru

Dollarla olan kreditlər haqda yeni xəbər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

 Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirilib.

 
İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərarlar çıxarılıb.
Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.
 
Qeyd edək ki, Mülki Məcəllənin sözügedən maddələri dollarla götürülən kreditlərlə bağlıdır. Ombudsman və Göyçay Rayon Məhkəməsinin müraciətləri əsasında mübahisəli məsələ müzakirəyə çıxarılacaq.

22:30 13.04.2015
Xəbər lenti
Bütün xəbərlər