KANAL24.AZ
Az Iw En Ru

Bakıda Beynəlxalq Xəzər neft-qaz konfransı keçirilir

Bakıda Dövlət Neft Şirkətinin dəstəyi ilə növbəti – VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı öz işinə başlayıb.

Kanal24.az xəbər verir ki, iki gün davam edəcək konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.

 

Konfrans, həmçinin Azərbaycanın neft strategiyasının uğurlarının təbliği və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılmağı üçün əlverişli platforma olacaq.

 

Qeyd edək ki, artıq səkkizinci ildir, keçirilən konfransın builki təşkilatçıları Böyük Britaniyanın “Confidence Capital” şirkəti və Bakı Ali Neft Məktəbidir.


20:02 09.04.2015
Xəbər lenti
Bütün xəbərlər