KANAL24.AZ
Az Iw En Ru

Çanaqqala filminin təqdimatı

Kanal24.az xəbər verir ki, aprelin 7-də Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda Çanaqqala zəfərinə həsr olunan konfrans keçirilib. Konfransda millət vəkilləri, Türkiyədən gələn ziyalılar, elm xadimləri, KİV-nin nümayəndələri iştirak ediblər.

Konfransda Çanaqqala zəfərinə həsr olunan "Torpaq uğrunda ölən varsa vətəndir" adlı film təqdim edilib. Film Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin maliyyə vəsaiti hesabına lentə alınıb.

Tədbirdə çıxış edənlər filmin uğurlu hazırlandığını deyiblər. Filmin çəkilişləri Türkiyədə Çanaqqalada, Azərbaycanın Şabran rayonunun Dağbilici kəndində, eyni zamanda paytaxtın şəhidlər xiyabanında aparılıb. Filmdə Türkiyənin sabiq daxili işlər naziri, qardaş ölkənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin müsahibələri də yer alıb.

Filmin ideya rəhbəri Yeni Yurd İB-nin sədri Mahirə Əsədova, ssenari müəllifi Zərnişan İnqilabqızı, rejisoru isə Elşən Zeynallıdır.

Filmin təqdimatı ilə bağlı Kanal24-ün hazırladığı sujeti təqdim edirik!

Tədbiri tam olaraq buradan izləyin!

https://www.youtube.com/watch?v=9jN4V6N6s88

 

 


11:24 08.04.2015
Xəbər lenti
Bütün xəbərlər