KANAL24.AZ
Az Iw En Ru

İsrail Trampın addımını təəssüflə qiymətləndirdi

ABŞ Prezidenti Donald Tramp Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarından vaz keçib.

Bununla bağlı Ağ Ev məlumat yayıb:

"Bu qərar Trampın İsrailə və ABŞ-İsrail ittifaqına qarşı addımı kimi qiymətləndirilməməlidir. Bununla Tramp İsrail ilə Fələstin arasındakı sülh razılaşmasının əldə edilməsi üçün şansı artırmaq niyyətindədir".

Trampın bu qərarı İsrail tərəfinin narazılığına səbəb olub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən yazılı açıqlamada bu addımı təəssüflə qiymətləndiriblər.


19:47 02.06.2017
Xəbər lenti
Bütün xəbərlər