KANAL24.AZ
Az Iw En Ru

Biletlər satışa çıxarıldı

Bu gün I Avropa Oyunlarının bilet satışına start verilib.

Bunu “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə şöbəsinin müdiri Miryam Boqotay bildirib. 

Bakıda 8 məntəqədə bilet satışı başlayıb. Oyun gününədək daha 4 məntəqədə bilet satışına start veriləcək. Oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq.

Xatırladaq ki, Avropa oyunları iyun ayının 12-də başlayacaq. Bağlanış mərasimi isə iyunun 28-də olacaq.

 


22:39 03.04.2015
Xəbər lenti
Bütün xəbərlər