KANAL24.AZ
Az Iw En Ru

Neftimiz bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 1‚51 dollar, və ya 2‚65% artıb. 

Hazırda neftin bir barelinin qiyməti 58‚47 dollara çatıb. Dünya birjalarında digər neft markalarının da qiymətində artım müşahidə edilib. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.40 dollar ucuzlaşaraq 49,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.32 dollar azalaraq 56.78 dollar təşkil edib.


20:08 02.04.2015
Xəbər lenti
Bütün xəbərlər