KANAL24.AZ
Az Iw En Ru

Prezidentin işçilərinə diplomatik pasport verilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub.

Belə ki, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilməsi nəzərdə tutulub.

Qanunda Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığı üçün, onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb. Dəyişiklik layihəsində isə Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilib.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.


20:56 16.05.2017
Xəbər lenti
Bütün xəbərlər