KANAL24.AZ
Az Iw En Ru

Kəbə niyə belə adlanır?

Əbi Xədicə nəql edir: "İmam Sadiqə (ə) dedim: "Nə üçün Beytul-ətiq belə adlandırılıbdır?".

Həzrət (ə) buyurdu: "Allah Təala Adəm üçün behiştdən Həcərul-əsvədi yerə endirir. Ağ mirvaridən və parlayan bir ev idi. (Sonra) Allah Təala onu səmaya qaldırır. Səmaya qaldırılmış bu evin yerində nişanə qalır. Hər gün 70 min mələk ora daxil olur və qayıtmırdı.
Ona görə də Allah Təala İbrahim (ə) və İsmayili (ə) vəzifələndirir ki, beytin bünövrəsini həmin qalan nişanə olan yerdən götürsünlər. Ona görə o evi ətiq ev adlandırırlar ki, sel və sularda qərq olmaqdan uzaqdır"". (Həvzəh)
Alllah Təala bizləri bizləri Öz dinində sabitqədəm qərar versin, inşəallah!


04:44 12.05.2017
Xəbər lenti
Bütün xəbərlər